Tramp onu girovlarla iş üzrə xüsusi elçi təyin etdi

04.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Adam Bouleri girovlarla iş üzrə xüsusi elçi təyin edib.

Axar.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.

Bildirilib ki, o, vaxtilə Taliban da daxil olmaqla, müxtəlif qruplarla çətin danışıqlar aparıb.

“O, dünyanın ən sərt adamları ilə danışıb, amma bilir ki, heç kim ABŞ-dan və Tramp administrasiyasından daha sərt ola bilməz. Adam vətəndaşlarımızı evə qaytarmaq üçün yorulmadan çalışacaq”, – qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью