Tramp onu istefaya göndərməyəcəyini açıqladı Yenilənib

16.07.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Federal Ehtiyatlar Sisteminin sədri Cerom Paueli istefaya göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bloomberg” Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.

Belə ki, ABŞ lideri Respublikaçı konqresmenlərlə görüş keçirərək C. Pauelin vəzifədən azad edilməsi imkanlarını müzakirə edib.
***

“Fox News”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli istefaya göndərmək fikrində olmadığını bildirib.

Bununla belə, Tramp təsdiq edib ki, o, Konqresdə Pauellin işdən çıxarılması imkanını respublikaçılarla müzakirə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью