Tramp onu MKİyə direktor TƏYİN ETDİ FOTO

13.11.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Ratkliff ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) rəhbəri olacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandasının yaydığı bəyanatda deyilir.

"Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışacağını elan etməkdən məmnunam", - Tramp bildirib.

Siyasətçinin sözlərinə görə, bu şəxs ABŞ kəşfiyyat sferasında hər iki əsas postu tutan ilk şəxs olacaq.

Qeyd olunur ki, Ratkliff Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı Hillari Klinton kampaniyasının yalanlarını ifşa edib. Bundan əlavə, o, amerikalılara ABŞ-ın hazırkı prezidentinin oğlu Co Baydenin noutbukunda aşkar edilmiş qalmaqallı məlumatla bağlı həqiqəti söyləyib.

Ratkliff ilk Tramp administrasiyası dövründə 26 may 2020-ci ildən 20 yanvar 2021-ci ilə qədər ABŞ milli kəşfiyyatına rəhbərlik edib. Əvvəllər o, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olub.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью