Tramp onu nazir təyin edəcək Buna görə... Yeni Sabah

15.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Tramp Səhiyyə naziri vəzifəsinə kimi seçəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Səhiyyə və İnsan Xidmətləri Departamentinə (HSS) anti-vaxxer kimi tanınan kiçik Robert F. Kennedinin namizədliyini irəli sürəcəyini bildirib.

Qeyd edək ki, ətraf mühit üzrə hüquqşünas Kennedi peyvənd əleyhinə fikirləri ilə tanınır. Kennedi ABŞ-ın keçmiş baş prokuroru və senator Robert Kennedinin oğlu və keçmiş ABŞ prezidenti Con Kennedinin və senator Ted Kennedinin qardaşı oğludur.

Xatırladaq ki, keçmiş demokrat və ABŞ prezidentliyinə namizəd Kennedi seçkilərdə Trampı dəstəklədiyini açıqlamışdı.

Aytac Şahin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью