Tramp onu Türkiyəyə səfir göndərmək istəyir

11.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 77 yaşlı milyarder investor Tomas Barakı ölkənin Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.

“Tom Barak bizim Türkiyədəki növbəti səfirimiz olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Barak Trampın 2016-cı il prezidentlik kampaniyasının baş məsləhətçisi olub və onun inaqurasiya komitəsinin sədri vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью