Tramp onun edamına QƏRAR VERDİ

06.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bu barədə ölkənin  Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Pit Heqset ölüm hökmünün güllələnmə yolu ilə icra edilməsini tövsiyə edib və bundan sonra Tramp qərarı təsdiqləyib.

Hərbi psixiatr kimi xidmət edən Həsən 2009-cu ilin noyabrında Fort Huda atəş açıb. Nəticədə 13 nəfər həlak olub, daha 32 insan yaralanıb.

O, saxlanılarkən yaralanıb və aşağı ətraf nahiyəsi iflic olub. 2013-cü ildə hərbi məhkəmə onu təqsirkar bilib və ölüm hökmünə məhkum edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью