Tramp onun gəlişini gözləyir

01.09.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrda Birləşmiş Ştatlara nəzərdə tutulan səfərini səbirsizliklə gözlədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, amerikalı lider iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:

“Gördüyünüz kimi, bizim çox yaxşı münasibətlərimiz var”.

Dövlət başçısı bundan əvvəl verdiyi açıqlamada möhtərəm qonağın təxminən sentyabrın 24-də ABŞ-yə gələcəyini bildirmişdi.

Xatırladaq ki, Donald Trampın Çinə son rəsmi səfəri mayın 15-də baş tutub. ABŞ lideri bu səfəri “inanılmaz” adlandırıb və tərəflərin bir çox iqtisadi razılaşmalar əldə etdiyini diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью