Tramp: Orbanı 100 faiz dəstəkləyirəm

14.10.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanın partiyasının növbəti parlament seçkilərində yenidən və əvvəlkindən də yaxşı nəticə ilə qalib gələcəyini bildirib.
Reyting.az
xəbər verir ki, bunu Ağ ev rəhbəri Misirin Şarm əl-Şeyx şəhərində çıxışı zamanı deyib.
“Viktor. Biz Viktoru sevirik. Sən fantastiksən. Bir çox insanın mənimlə razılaşmadığını bilirəm, amma vacib olan tək mənəm”,- Tramp Macarıstanın baş nazirinə müraciət edib.
ABŞ prezidenti “28 xalla” qalib gəldiyi son seçkidə Macarıstan baş naziri Orbanı dəstəklədiyini xatırladıb.
“Son seçkidə mən onu dəstəklədim və o, 28 faiz çox səs toplamaqla qalib gəldi. İndi qarşınızda növbəti seçkilər var. Beləliklə, bu dəfə daha yaxşısını edəcəksiniz. Biz bunu yüksək qiymətləndiririk və sizi 100 faiz dəstəkləyirik”, - Tramp deyib.
Qeyd edək ki, Macarıstanda növbəti parlament seçkiləri 2026-cı ilin yazına təyin edilib.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью