Tramp öz vəkilini baş prokurorun müavini təyin edib

15.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Şəxsi cinayət vəkili Todd Blanşı Baş prokurorun müavini təyin edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fox xəbər verir.

“Todd Blanşın administrasiyamda Baş prokurorun müavini vəzifəsini tutacağını elan etməkdən məmnunam“– deyə Tramp vurğulayıb.

Tramp onu da qeyd edib ki, Blanş işində peşəkardır və vəzifəsini doğru şəkildə icra edir.

Qeyd edək ki, Trampa qarşı məhkəmə prosesləri zamanı Blanş onun vəkili olub.

2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu müdafiə edib.

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью