Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İyun ayında 80 yaşı tamam olacaq ABŞ prezidenti Donald Tramp özünü yarım əsr əvvəlki kimi hiss etdiyini bildirib.
Reyting.az-ın məlumatına görə, D. Tramp “NBC News”-a müsahibəsində deyib ki, həm fiziki, həm də zehni olaraq özünü əla hiss edir.
Amerika lideri əlavə edib ki, tibbi müayinələrdən əsasən ictimaiyyət qarşısında hesabatlılığı təmin etmək üçün keçir.
Qeyd edək ki, yanvarın 2-də Tramp tibbi müayinədən keçdiyini və Ağ ev həkimlərinin onun mükəmməl sağlam olduğu qənaətinə gəldiyini açıqlayıb.
V. QULİYEV