Tramp özünə 100 gün vaxt verdi Kelloq

09.01.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə güzəştə getmək niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Tramp administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Tramp nəticə əldə etmək üçün özünə 100 gün vaxt verib. İnsanlar başa düşməlidirlər ki, o, nə Putinə, nə də ruslara heç nə verməyə çalışmır. Ukraynanı xilas etmək və suverenliyini qorumaq istəyir”, – Kelloq vurğulayıb.

O bildirib ki, Tramp həm Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədir. Bu kontekstdə Kelloq ABŞ-ın hazırkı prezidenti Co Baydenin əsas səhvini onun Putinlə danışıqlar aparmamasında görüb.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью