Tramp özünü 500 milyon dollar ziyana saldı

08.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp aprelin 2-də yeni gömrük rüsumlarının tətbiqini elan etdikdən sonra özünün sərvəti 500 milyon dollar azalıb.

Bu barədə Oxu.Az "Forbes" jurnalına istinadla xəbər verir.

Jurnalın hesablamalarına görə, Ağ Ev rəhbərinə məxsus şirkətlərin səhmlərinin dəyərinin düşməsi nəticəsində onun sərvəti 4.7 milyard dollardan 4.2 milyard dollara qədər azalıb.

D.Trampın daşınmaz əmlak və xidmətlər sahəsindəki aktivlərinin də ziyana uğradığı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью