Tramp özünü Rusiyaya heç bir Ukrayna ərazisi verməyən prezident adlandırıb

03.03.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mən Rusiya Federasiyasına heç bir Ukrayna torpağı verməyən yeganə prezidentəm”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donal Tramp özünün “Truth” sosial şəbəkə hesabında yazıb.

"Putinin Rusiyasına heç bir Ukrayna torpağı verməyən yeganə Prezident Donald Trampdır. Zəif və təsirsiz demokratlar tənqid edəndə və saxta xəbər dərc edəndə bunu xatırlayın", - deyə siyasətçi vurğulayıb.

Ağ Ev rəhbəri sabah axşam vacib xəbərinin olacağını da bildirib.

Lakin Tramp bununla bağlı heç bir təfərrüat açıqlamayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью