Tramp özünü yeni seçilmiş prezident elan edib

06.11.2024

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp de-fakto özünü ABŞ-də keçirilən prezident seçkilərinin qalibi elan edib. 

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçi tərəfdarları qarşısında çıxış edərkən məlumat yayıb.

O, qeyd edib ki, biz ölkənin indiyə qədər görmədiyi ən inanılmaz siyasi qələbəyə nail olduq.

"Biz sizin layiq olduğunuz güclü, təhlükəsiz və firavan Amerikanı qurana qədər dincəlməyəcəyəm. Bu, həqiqətən Amerikanın qızıl dövrü olacaq", - deyə siyasətçi vurğulayıb.

Tramp həmçinin ABŞ-nin sərhədlərlə bağlı problemlərini həll edəcəyinə söz verib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью