Tramp Panama kanalının ABŞnin mülkiyyətinə qaytarılmasını tələb edir

22.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılmasına dair çağırış edib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır.

“ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”,- Tramp qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью