Tramp Parisdə Makronla görüşəcək

14.06.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron G7 sammitindən sonra ABŞ Prezidenti Donald Trampın şərəfinə Versal sarayında təntənəli qəbul təşkil edəcək.

Bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Qəbulun rəsmi səbəbi ABŞ-ın müstəqilliyinin 250 illiyinin qeyd olunması olacaq.

Yelisey sarayında bildirilib ki, Versal sarayı 1783-cü ildə ABŞ-ın müstəqilliyini rəsmiləşdirən müqavilənin burada imzalanmasına görə Fransa-Amerika dostluğunun mühüm simvolu hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью