Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tramp adminstrasiyası dönəmində ABŞ-ın Ermənistana indiki dəstəyi əhəmiyyətli səviyyədə zəifləyərsə, bu, Avropa Birliyinin, hətta Fransanın belə, ifrat ermənipərəst mövqeyinə ciddi şəkildə neqativ təsir göstərə bilər...
Nəticədə Azərbaycanla enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq münasibətləri olan Avropa Birliyi Ermənistana dəstəyi geri çəkməyə məcbur qalar, Fransa isə oyundankənar vəziyyətə düşər...
Cənubi Qafqaz taleyüklü geopolitik mərhələyə sürətlə yaxınlaşmağa başlayıb.
Belə ki, bu regionda maraqlı olan kənar güclər hələlik geopolitik qarşıdurmada həlledici üstünlük qazana bilməyiblər.
Ona görə də, ABŞ və Qərb ilə Rusiya arasında davam edən Cənubi Qafqaz savaşının müəyyən mənada, dalana dirəndiyini də düşünmək olar.
Və mövcud situasiya regional sülh prosesinə də neqativ məzmunda təsir göstərir.
Onu da qeyd etmək lazımdır ki, mövcud regional situasiya hazırda Cənubi Qafqaz dövlətləri arasında ən çox Ermənistan üçün real təhlükələr vəd etməyə başlayıb.