Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”na dəvət edib.
KONKRET.az bildirir ki, baş nazir dəvəti qəbul edib. Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
Onun sözlərinə görə, Ermənistan münaqişələrin sülh yolu ilə nizamlanmasına sadiqliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, Donald Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını açıqlayıb və yaxın vaxtlarda qurumun tərkibini elan edəcəyini bildirib.
Şuraya üzv olmaq üçün Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya prezidentlərinə də dəvətlər göndərilib.
Müşviq Tofiqoğlu KONKRET.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.