Tramp Pekində nüvə silahı ilə bağlı rəqəmləri açıqladı: Çinə xəbərdarlıq etdi

19.11.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Çin səfəri zamanı Vaşinqton, Moskva və Pekinin nüvə arsenalı barədə danışaraq ölkələrin nüvə silahı potensialını müqayisə edib. O, Çinin nüvə arsenalını sürətlə genişləndirməsindən narahatlığını ifadə edib.

Turkustan.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ-ın 4 min, Rusiyanın isə 3 min 800 nüvə başlığı var.

“Bizim 4 min nüvə başlığımız var, Rusiyada isə 3 min 800”,–deyə Tramp Çində jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidenti Çinin nüvə arsenalının hazırda 400-500 başlıqdan ibarət olduğunu qeyd edib. Bununla belə, onun sözlərinə görə, Pekin nüvə silahı istehsalını fəal şəkildə genişləndirir və qarşıdakı 10 il ərzində arsenalını əhəmiyyətli dərəcədə artıra bilər.

Tramp Çinin nüvə potensialını artırmaq planlarından narahatlığını gizlətməyib.

“Kaş ki, onlar bunu etməsinlər”,–deyə ABŞ lideri bildirib.

Onun açıqlaması dünyanın aparıcı nüvə dövlətləri arasında silahlanma yarışı və strateji balans məsələlərinin yenidən gündəmə gəldiyi bir vaxtda diqqət çəkib. ABŞ, Rusiya və Çin arasındakı nüvə potensialı, xüsusilə Pekinin arsenalını genişləndirməsi fonunda beynəlxalq təhlükəsizlik müzakirələrinin əsas mövzularından biri olaraq qalır. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью