Tramp Pekinə səfərini təxminən bir ay təxirə salmağı xahiş edib

17.03.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Çin tərəfindən Pekinə planlaşdırılan səfərinin təxminən bir ay təxirə salınmasını xahiş etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Biz təxminən bir aydan danışırıq”, – deyə Amerika lideri vurğulayıb.

Tramp izah edib ki, İranla bağlı hərbi əməliyyatlar səbəbindən hazırda ABŞ-da qalmalı olduğunu düşünür.

Qeyd edək ki, səfər ilkin olaraq martın 31-dən aprelin 2-dək keçirilməsi planlaşdırılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью