Tramp Pentaqonun Maskı Çinlə müharibə barədə məlumatlandıracağını təkzib edib

21.03.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Pentaqonun sabah Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı Çinlə mümkün müharibə barədə məlumatlandıracağı barədə yayılan xəbəri təkzib edib.

APA-nın xəbərinə görə, Donald Tramp “New York Times”-in bu barədə yaydığı xəbərin feyk olduğunu bildirib.

“Bu, nə cəfəngiyatdır? Bu məsələ hətta heç yada düşməyib, müzakirə olunmayıb. Nüfuzdan düşmüş medianın belə yalanlar uydurması biabırçılıqdır. İstənilən halda bu, tamamilə yalandır!”, - deyə Donald Tramp vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью