Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, Donald Tramp bunu “Fox News” telekanalına açıqlamasında bildirib.
“Prezident Donald Trampa Baş Assambleya ilə bağlı sual verdim. İran Prezidenti Məsud Pezeşkian orada olacaq. Mən ondan İran Prezidenti ilə görüşməyə hazır olub-olmadığını soruşdum. O cavab verdi ki, ehtimal ki, buna hazırdır”, - deyə jurnalist Tre Yinqst “Fox News”-un efirində bildirib.