Tramp Pntaqonun adını dəyişdi, Pit Heqset müharibə allahı oldu | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi (Pentaqon) o
Qaynarinfo xəbər verir ki, bu barədə "Clash Report” məlumat yayıb.
Tramp bildirib ki, ABŞ-ın ''dünyanın ən güclü ordusu və ən yaxşı silahları var'' və bununla heç kəs rəqabət apara bilməz.
Onun sözlərinə görə, ABŞ məhz bu ''düzgün adla'' hər iki dünya müharibəsini udub, 1949-cu ildə isə bundan imtina edilməsini ''siyasi korrektliklə'' izah edib.
Tramp əlavə edib ki, dünyadakı vəziyyəti nəzərə alaraq, bu ad Pentaqon üçün daha uyğun görünür.
Bu o deməkdir ki, müdafiə naziri Pit Heqset rəsmi müraciətlərdə və mərasimlərdə özünü ''müharibə naziri'' adlandıra biləcək.
Nazirliyin daimi şəkildə adının dəyişdirilməsi üçün Konqresin razılığı tələb olunur, lakin Ağ Ev bəyan edib ki, fərman Heqsetə bu prosesi başlatmağı tapşırır.
Maraqlıdır ki, Vaşinqtondakı qərargahının formasına görə gündəlik dildə çox vaxt Pentaqon adlandırılan Müdafiə Nazirliyi 1949-cu ilə qədər Müharibə Nazirliyi adlanırdı.
Tam oxu
Xəbəri oxu