Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp gözlənilməz siyasət yürüdür və bu, onu dəstəkləyən Polşa sağçı siyasətçiləri, o cümlədən Prezident Karol Navrotski üçün böyük problemlər yarada bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski TVN24-ə verdiyi müsahibədə bildirib.
"Donald Trampın siyasəti gözlənilməzdir və onun eqoizminə əsaslanır. Mən Donald Trampın Polşadakı davamçıları üçün problemə çevriləcəyini proqnozlaşdıra bilərəm", - Kvasnevski bildirib.
Aleksandr Kvasnievski Donald Trampın Fox News-a verdiyi açıqlamada Əfqanıstandakı ABŞ NATO müttəfiqlərinin cəbhə xəttindən bir qədər geridə qaldığı barədə açıqlamasını belə şərh edib:
"Müttəfiqləri qiymətləndirməmək həm yalan, həm də müttəfiqlərə hörmətsizlikdir".
Anar