Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

17.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial platformasında paylaşım edib.

“Dostum, Polşa Prezidenti Karol Navrotskinin cəsarətli rəhbərliyi sayəsində Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində böyük irəliləyiş əldə olunur. Əgər bu baş tutarsa, bazanın yerləşəcəyi ərazi çox tezliklə açıqlanacaq. Bu, ABŞ–Polşa ittifaqı üçün tarixi addım olacaq”, – deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью