Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pentaqon Polşada daimi ABŞ hərbi bazasının tikintisinə icazə verib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış "X" hesabında yazıb.
Hazırda ABŞ-də səfərdə olan nazir sosial şəbəkə hesabında "Pentaqon Polşada daimi ABŞ bazasının yaradılmasına icazə verib. Son qərar Ağ Ev tərəfindən veriləcək. Bu, dekabrın əvvəlində baş verəcək" sözlərini qeyd edib.
Xatırladaq ki, iyunun əvvəlində Polşa rəsmi olaraq ABŞ-yə öz ərazisində daimi hərbi bazanın yaradılmasını təklif edib. Sentyabrın ortalarında ABŞ prezidenti Donald Tramp bazanın yeri ilə bağlı qərarın tezliklə açıqlana biləcəyini bildirib.
Gülşən Şərif