Tramp pomidorun bahalaşmasına səbəb olacaq

20.04.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Donald Trampa görə pomidor bahalaşa bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Bildirilib ki, ABŞ-ın 2025-ci il iyulun 1-dən Meksikadan idxal edilən pomidorlara tətbiq edəcəyi ticarət rüsumları qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Məqalədə göstərilir ki, ABŞ hazırda pomidorun təxminən 70%-ni Meksikadan idxal edir.

Ekspertlərin fikrincə, məhdudiyyətlərin tətbiqindən sonra bu məhsulun maya dəyərinin 10% artması gözlənilir. Bununla belə, kənd təsərrüfatı şirkətləri daha yüksək rəqəmlərə hazırlaşır.(Publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью