Tramp: Powell faiz dərəcələrini dərhal aşağı salmalıdır

13.03.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Ağ Ev rəhbəri Donald Tramp Federal Ehtiyat Sisteminin sədri   Poweldən  növbəti  iclası gözləmədən faiz dərəcələrini dərhal aşağı salmağı tələb edib.

Banco.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək Federal Ehtiyat Sisteminin sədri  Poweldən faiz dərəcələrini azaltmağı tələb etdiyini bir daha təkrarlayıb.

Pauell-ə ​​"Çox Gec" ləqəbini verən Tramp bunları paylaşıb: "O, faiz dərəcələrini növbəti iclasa qədər gözləməməli, dərhal endirməlidir".

Qeyd edək ki, 27-28 yanvar tarixlərində keçirilən son iclasında Fed siyasət faiz dərəcəsini gözləntilərə uyğun olaraq 3,5-3,75 faiz səviyyəsində dəyişməz saxlayıb.

Bankın növbəti  iclası 17-18 mart tarixlərinə planlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью