Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yenidən ABŞ prezidenti seçilən Donald Tramp 2019-cu ildə baş vermiş yanğında ciddi ziyan gördükdən sonra təmir edilən tarixi Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün ilk xarici səfərini Parisə edəcək.
Publika.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə Qotika memarlığının ən gözəl nümunələrindən sayılan məşhur Notr-Dam Katedralinin yenidən ziyarətçiləri ilə görüşməsinə günlər qalıb.
2019-cu ilin aprel ayında baş vermiş yanğın nəticəsində ciddi ziyan dəymiş kilsəsinin bərpa işləri başa çatıb.
Dekabrın 7-də Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə baş tutacaq açılış mərasimində 50 dövlət və hökumət başçısı iştirak edəcək.
Qeyd edək ki, noyabrın 5-də ABŞ -da keçirilən seçkilərdə yenidən prezident seçilən Donald Tramp mərasimdə iştirak etmək üçün ilk xarici səfərini Parisə edəcək.
Aysel Şahmar Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.