Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısı
SİA xəbər verir ki, o, bu barədə NBC kanalına müsahibəsində deyib.
Tramp bildirib ki, ABŞ Prezidenti üçün nəzərdə tutulan illik 400 min dollar maaşı almayacaq, prezidentin pensiyasından da imtina edəcək.
“Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - Tramp vurğulayıb.
Qeyd edək ki, ilk səlahiyyət müddətində Tramp prezidentlik maaşından imtina etmiş, pulları xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəltmişdi.
Belə addımlara baxmayaraq, Tramp ABŞ-nin ən zəngin adamlarından biri olaraq qalır.
“Forbes”in məlumatına görə, onun sərvəti 2,3 milyard dollardır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.