Tramp prezident maaşından yenə imtina edəcək | Icma.az
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci prezidentlik dövründə bütün maliyyə güzəştlərindən, xüsusən də prezidentin maaşı və pensiyasından imtina edəcək.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “NBC News” telekanalına müsahibəsində deyib.
O, ildə 400 min dollar olan prezidentlik maaşını almayacağını, həmçinin ömürlük pensiyadan da imtina edəcəyini bildirib.
“Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - Tramp vurğulayıb.
Tramp qeyd edib ki, o, bəlkə də Corc Vaşinqtondan başqa işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər.
Qeyd edək ki, ilk səlahiyyət müddətində də Tramp prezidentlik maaşından imtina etmiş, pulları xeyriyyə təşkilatlarına və müxtəlif proqramlara, o cümlədən milli parklara dəstək üçün ayırmışdı.
Buna baxmayaraq, Tramp ABŞ-nin ən zənginləri siyahısında qalır.
Tam oxu
Xəbəri oxu