Tramp prezident olsa, ABŞ Milli Kosmik Qvardiyası yaradacaq

22.05.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp noyabrda qalib gəlsə, Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını quracağına söz verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Miçiqan ştatının Detroyt şəhərindəki çıxışında deyib.
“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanı yaradan tarixi qanunvericiliyə imza atacağam”, - o, bildirib.
Respublikaçı hesab edir ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ni qabaqlamasına mane olub.
“Rusiya və Çin bizi keçdi, çünki biz kosmosa diqqətimizi cəmləməmişdik. İndi diqqətimizi cəmlədiyimiz üçün biz liderik”, - Tramp qeyd edib.
Tramp həmçinin ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən dronların, robot texnikasının, süni intellektin inkişafına, həmçinin, hipersəs silahlarının istehsalına tarixi investisiyalar qoymağı vəd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью