Tramp prezidentlik müddəti başa çatmazdan əvvəl müşavirlərini əfv etməyi planlaşdırır

09.11.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp 2029-cu ilin yanvarında prezidentlik müddəti başa çatmazdan əvvəl müşavirləri və köməkçiləri üçün genişmiqyaslı qabaqlayıcı əfv qərarları imzalamaq niyyətində olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Tramp CBS News telekanalına müsahibəsində ölkəyə xidmət edən və yaxşı işləyən insanların ömrünün qalan hissəsini hüquqi müdafiəyə sərf etməsini istəmədiyini deyib.

O, zarafatla Ağ Evin Oval kabinetinə 1600 kilometr yaxınlaşan hər kəsi hüquqi təqibdən qoruyacağını bildirib. Tramp administrasiyasının üzvlərinin illərlə “radikal düşüncəli şəxslərə və dəlilərə” qarşı müdafiə olunmaq məcburiyyətində qalmasını istəmədiyini vurğulayıb.

Özünü əfv etmək imkanına gəlincə, Tramp bununla bağlı qərar imzalamaq niyyətində olmadığını desə də, belə bir addımın əsassız olmayacağını və buna hüquqi səlahiyyətinin olduğunu düşündüyünü bildirib.

ABŞ prezidenti, həmçinin keçmiş Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və keçmiş FTB direktoru Ceyms Komi kimi siyasi rəqiblərini əfv etməyə hazır olmadığını söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью