Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerika lideri Donald Tramp Qrenlandiyanı ilhaq etməklə əbədi olaraq tarixə düşmək və eyni zamanda Rusiya lideri Vladimir Putin kimi olmaq istəyir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
Onun fikrincə, Tramp ABŞ-nin Qurucu Ataları ilə yanaşı durmaq və "adını tarixin lövhələrinə qızıl hərflərlə yazmaq" niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, Kreml ABŞ-ninn Qrenlandiya planları ətrafında baş verən hər şeyi təhlil edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.