Tramp: Putin məni aldada bilməz

15.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar həmişə çox xoşdur".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşdə deyib.

Onun sözlərinə görə, danışıqdan sonra Putin "dəstəyi yerə qoyur", deyir ki, çox gözəl söhbət idi, sonra isə Kiyevə yeni hücumlar başlayır:

"Putinlə "xoş söhbətlər" barədə Melaniyaya bəhs edirəm. O, buna təəccüblənir, axı Ukrayna atəşə məruz qalır".

Tramp vurğulayıb ki, Putin sərt adamdır:

"O, Klinton, Buş, Obama və Baydeni aldatdı, amma məni aldada bilməz. Rusiya potensial olaraq əla ölkədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью