Tramp Putin sövdələşməsi

14.10.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflər arasında ticarət sövdələşməsinə və Avropa ittifaqı ilə dərin siyasi böhrana gətirib çıxarır.
Görünən odur ki, Vaşinqton və Moskva arasında aparılan danışıqlar çərçivəsində əldə oluna razılaşmalar Ukraynaya qarşı yeni təzyiq mexanizminə çevrilib. Tramp administrasiyasının irəli sürdüyü sülh planının Ukraynanın Rusiya qarşısında kapitulyasiyasıdır.
Rusiya tərəfi uzun müddətdir ki, ABŞ-la münasibətləri normallaşdırmağa və ikitərəfli razılaşmalar vasitəsilə Ukrayna məsələsində öz mövqelərini möhkəmləndirməyə çalışır. Moskvanın əsas məqsədlərindən biri Vaşinqtonla əldə ediləcək razılaşmalar əsasında Ukraynaya siyasi və hərbi təzyiqləri artırmaq, Kiyevi ərazi güzəştlərinə məcbur etməkdir.
Digər tərəfdən, ABŞ daxilində yaxınlaşan aralıq seçkilər, İranla müharibənin yaratdığı problemlər və enerji daşıyıcılarının qiymətindəki artım Tramp administrasiyasını çətin vəziyyətə salır. Bu amillər Ağ Evin xarici siyasət prioritetlərinə də təsir göstərir. Tramp Ukrayna müharibəsini mümkün qədər tez başa çatdırmaq və bunu öz siyasi uğuru kimi təqdim etmək istəyir. Lakin bu məqsədə çatmaq üçün Moskva ilə əldə edilən razılaşmaların Ukraynanın milli maraqları hesabına həyata keçirilməsi ciddi risklər yaradır.
Enerji atəşkəsi məsələsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Trampın təşəbbüsləri Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrini dayandırmağa yönəlirsə, lakin Rusiya Ukraynanın enerji obyektlərinə hücumlarını davam etdirirsə, belə bir razılaşma tərəflər arasında bərabər şərtlər yaratmır. Bu halda enerji atəşkəsi müharibənin dayandırılmasına xidmət etmək əvəzinə, Rusiyanın hərbi üstünlüyünü qorumasına şərait yaradır.
Tramp adminstrasiyası hesab edir ki, enerji obyektlərinə qarşı hücumların dayandırılması Putini daha geniş atəşkəsə və sülh danışıqlarına sövq edə bilər. Lakin V. Putin ticarət sövdələşməsinə görə atəşkəsə və Ukrayna ilə bağlı güzəştə getməyəcək.
Rusiyanın əsas strateji planı öz təsir dairəsini formalaşdırmaq və fövqəl dövlət olmaqdır. Amma, Moskvanın bu planı baş tutmayacaq.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью