Tramp, Putin və Zelenski Avropa və ya Yaxın Şərqdə görüşə bilər

14.08.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Tramp, Putin və Zelenski Avropa və ya Yaxın Şərqdə görüşə bilər

Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında üçtərəfli sammit Avropa və ya Yaxın Şərqdə baş tuta bilər.

Bu barədə The Guardian xəbər verir.

Qeyri-rəsmi məlumata görə, ABŞ, Ukrayna prezidentləri və Avropa liderlərinin iştirak etdiyi videokonfransda Zelenski, Tramp və Putin arasında görüş üçün potensial yer müzakirə edilib. Onlar görüş üçün Avropa və Yaxın Şərqdəki şəhərləri nəzərdən keçiriblər.

Xatırladaq ki, cümə günü, avqustun 15-də ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya diktatoru Vladimir Putinlə görüşəcək. Trampın sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlarda iştirak etməyəcək.

Eyni zamanda Amerika lideri bildirib ki, Putinlə görüşü uğurlu olarsa, dərhal Zelenski ilə üçtərəfli formatda görüş təşkil edəcək.

Ukrayna dövlətinin başçısı özü də artıq bir neçə dəfə vurğulayıb ki, Rusiyada yalnız Putin qərar qəbul edə bilər, ona görə də onunla görüş müharibəyə son qoymaq üçün zəruri şərtdir.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью