Tramp: Putin və Zelenski güzəştə gedəcək

05.06.2026

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Həm Putin, həm də Zelenski Ukraynada nizamlanma üçün lazımi güzəştlərə gedəcəklərinə əminəm.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib. Tramp bu məqsədlə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşü dəstəklədiyini də bildirib. Ağ Evdə jurnalistlərlə söhbətində Tramp bildirib ki, belə bir görüşün baş tutması əla olardı.
"Onlar bu münaqişəyə son ​​qoymalıdırlar", - deyə Amerika lideri bildirib.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Rusiya prezidenti ilə görüşmək istədiyi təqdirdə istənilən vaxt Moskvaya gələ biləcəyini demişdi.
Arzu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью