Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

23.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 22 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Tramp Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin müharibənin başa çatmasını istədiklərini bildirib.

“Düşünürəm ki, onların hər ikisi müharibənin bitməsini istəyir. Artıq vaxtıdır. Çox sayda insan həlak olur və onlar bunu istəmirlər”, – Tramp deyib.

ABŞ Prezidenti Zelenski ilə münasibətlərinin çox güclü olduğunu qeyd edərək, tərəflərin müharibənin həlli yolunu tapmağa çalışdıqlarını bildirib.

“Düşünürəm ki, bu baş verəcək. Mən həqiqətən buna inanıram. Amma müzakirə edəcəyimiz çox məsələ var”, – Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью