Tramp Putin və Zelenskiyə zəng etməyi planlaşdırır

07.09.2026

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tramp Putin və Zelenskiyə zəng etməyi planlaşdırır

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp kürəkəni Cared Kuşner və xüsusi elçi Stiven Uitkoffun hesabatından sonra Rusiya və Ukrayna prezidentlərinə zəng etməyə hazırlaşır.

Oxuməni. az xəbər verir ki, bu barədə "Shot" məlumat yayıb.

Hər iki telefon danışığının bu gün baş tutacağı gözlənilir. Zənglərdən əvvəl Trampın nümayəndələri ona Moskva və Kiyevdə keçirilmiş görüşlərin yekunları barədə məruzə edəcəklər.

Daha əvvəl Cared Kuşner qeyd edib ki, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı sülh paketi üzərində işləyir. Trampın kürəkəni vurğulayıb ki, bu paketin hazırlanmasına Amerika administrasiyasından çox sayda insan cəlb olunub.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью