Tramp: “Putin zəng edəndə ona dedim ki, Ermənistan Azərbaycan münaqişəsi barədə narahat olmasın”

22.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Rusiya Prezidenti Vladimir Putin mənə zəng etdi və dedi: “İnanmıram ki, siz bu münaqişəni həll etmisiniz (Ermənistan-Azərbaycan münaqişəsi-red.)”.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Trampın sözlərinə görə, bu münaqişə 35 il davam edib.
“Mən onu bir gün ərzində həll etdim. Putin isə mənə dedi: “Mən bu münaqişə üzərində 10 il işləmişəm və onu həll edə bilməmişəm”. Mən də ona dedim: “Mənə bir yaxşılıq et, öz müharibənin həllinə diqqət yetir. Bunun üçün narahat olma”, - deyə Tramp qeyd edib.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью