Tramp: Putindən məyus olmuşam və o bunu bilir

20.11.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə münasibətlərinin yaxşı olmasına baxmayaraq, ondan məyus olub.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Kennedi Mərkəzində keçirilən ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Sammitində danışıb.

“Mən səkkiz müharibəni həll etmişəm. Mənim üçün bir müharibə qalıb. Hansı müharibə olduğunu da bilirsiniz. Düşünürdüm ki, bu asan olacaq, çünki prezident Putinlə münasibətlərim yaxşıdır. Amma indi prezident Putindən bir az məyus olmuşam. O bunu bilir. Mən düşünürdüm ki, bu asan müharibə olacaq”, - Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью