Tramp Putinə boyun əyir, ABŞ təhlükədədir Brink

18.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Tramp Putinin təcavüzünə güzəştə getməklə ABŞ-ın milli təhlükəsizliyini təhdid edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bricit Brink deyib.

“Hələ bir il yarım əvvəl Tramp Ukraynaya müdafiə sahəsində yardımı dayandırıb və Zelenskini Rusiya ilə razılaşma əldə etməyə məcbur etməyə başlayıb. Hazırda o, sanksiyaları zəiflətməklə, "Starshield" sisteminin fəaliyyətinə mane olmaqla və dizel yanacağı ilə bağlı sövdələşmələr aparmaqla, faktiki olaraq Putinə dəstək verir. Diktatora güzəştə getmək onu yalnız təcavüzünü davam etdirməyə və NATO-nun müdafiə gücünü sınamağa təşviq edir. Rusiya təcavüzünə boyun əyməklə Tramp ukraynalıların ölümünə səbəb olur, müttəfiqlərimizi təhlükə altına atır və ABŞ-ın milli təhlükəsizliyini təhdid edir. Bu, çox ciddi səhvdir”, - Brink bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью