Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxışı əsnasında dilə gətirib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ona sözügedən 35 illik münaqişənin həlli üzərində, 10 ildir ki, çalışdığını söyləyib: Paşinyan: "Bütün tərəflər "Tramp yolu"ndan razıdır" "Mən isə bir gündə həll etdim.
Putinə dedim ki, mənə yaxşılıq et, sən də öz müharibənin həllinə diqqət yetir. Azərbaycan-Ermənistan münaqişəsindən narahat qalma".
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar.
Firudin Həmidli AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.