Tramp Putinə elə mesaj göndərdi ki...

26.10.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşüb-görüşməyəcəyinə aydınlıq gətirib. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ağ Ev rəhbəri bəyan edib ki, əgər bu görüşün Ukraynada sülh sazişlərinin bağlanmasına gətirib çıxaracağına əmin olsa, Vladimir Putinlə görüşəcək.

“Vaxtımı boşa sərf etməyə hazır deyiləm,” – ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl liderlərin Macarıstanda görüşəcəyi bildirilirdi. Lakin Budapeştdə keçirilməsi gözlənilən sammit ləğv olundu. Buna baxmayaraq, Kreml hələ də bu istiqamətdə müsbət bəyanatlar verir və görüşün baş tuta biləcəyini bildirir.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью