Tramp Putinə heyran olub Merkel

21.11.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə bu vəzifədə olub) xatirələrində etiraf edib ki, 2017-ci ildə Donald Trampla görüş zamanı Amerika lideri ona Rusiya prezidenti Vladimir Putinlə bağlı suallar verib və hətta onda Putinə heyranlıq təəssüratı yarandığını müşahidə edib.

Kitabdan ("Azadlıq. Xatirələr 1954-2021.") çıxarışların ayrı-ayrı hissələri Die Zeit qəzeti tərəfindən nəşr edilib.

"Görünür, o, Rusiya prezidentinə tam heyran olub”, – Merkel yazıb.

Tramp keçmiş kanslere Şərqi Almaniya irsi ilə bağlı da bir neçə sual verib. “Biz müxtəlif səviyyələrdə danışdıq - Tramp emosional müstəvidə, mən faktlara istinad etdim”, Merkel qeyd edib.

Bununla belə, o yazır ki, Trampla görüşdən sonra onda “pis hiss” yaranıb. Keçmiş kansler deyib ki, o, qlobal inkişafın xeyrinə birgə işləməyin onunla nəticə verməyəcəyi qənaətinə gəlib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью