Tramp, Putinə qarşı zəif olma! Makrondan ittiham

21.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Sülh istəyirik, lakin Ukraynanın təslim olması mənasına gələn atəşkəs istəmirik.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Sosial mediada açdığı canlı yayım zamanı sualları cavablandıran Makron Ukraynada sülh mövzusuna toxunub.

“Kimsə Ukrayna haqqında “NATO-ya və Avropa İttifaqına üzv ola bilməz” ifadələrini işlətməməlidir”, – Fransa Prezidenti qeyd edib.

O, Rusiya və ABŞ arasında artan və Avropa dövlətlərinin kənarda saxlanıldığı müzakirələrdən də danışıb.

“Trampa demək istəyirəm ki, sən Putinə qarşı bu qədər zəif ola bilməzsən. Bu sən deyilsən, bu sənin xeyrinə deyil. Əgər Putinə qarşı zəif olsan, Çinə qarşı necə inandırıcı olacaqsan?”, – Makron deyib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью