Tramp Putinə sanksiya tətbiq etdi

19.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsni imzalayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Prezident Vladimir Putin, Rusiya oliqarxları, banklar, enerji və müdafiə şirkətləri, eləcə də “kölgə donanması” sanksiyalara məruz qalıb. 

ABŞ həmçinin, Rusiya nefti və qazının ən böyük alıcıları olan ölkələrdən, əsasən Çin və Hindistandan idxal edilən mallara 100 faizə qədər tarif tətbiq edə biləcək.

Rusiyadan idxal edilən mallara birbaşa tariflər 500 faizəçata bilər. Qanun İranın enerji və silah sektorlarına qarşı sanksiyaların beş il müddətinə uzadılmasını nəzərdə tutur. ABŞ Prezidenti istənilən tədbiri təxirə sala və ya ləğv edə biləcək.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью