Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampdan onun inauqurasiyasında iştirakla bağlı dəvət almayıb”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, dəvət göndərməyib”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq. “CBS News” telekanalının məlumatına görə, Tramp Çin sədri Si Cinpini tədbirə dəvət edib.