Tramp Putini başa düşdü: “O, müharibəni bitirmək istəmir”

23.05.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 20-də vəzifəyə gəldiyi gündən Ukrayna müharibəsinin həllinə vasitəçi olmağa çalışan ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə son görüşündə Rusiya lideri Vladimir Putinin “müharibəyə son qoymaq istəmədiyini” etiraf edib.

Bizimyol.info xəbər verir ki, Amerikanın "Wall Street Journal" qəzetində yer alan xəbərə görə, mayın 19-da Putinlə görüşən ABŞ prezidenti daha sonra Avropa liderlərinə zəng edərək: "Putin müharibənin bitməsinin tərəfdarı deyil. O, müharibədə qalib gəldiyinə inandığı üçün atəşkəs elan etmək istəmir", - deyə bildirib.

Xəbərdə Trampın danışıqlarda Rusiya tərəfinin müharibəni istədiyi kimi apardığı təəssüratını yaratdığı və ABŞ prezidentinin Vaşinqtonun müharibənin məsuliyyətini üzərinə götürmək istəmədiyini çatdırdığı iddia edilir. Xəbərə görə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını istəmədiyini deyən Tramp Avropa liderlərindən birinə "axı bu mənim müharibəm deyil" deyib.

Digər tərəfdən, Finlandiya prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna nümayəndə heyətlərinin gələn həftə Vatikanda yenidən masa arxasına oturmağa hazırlaşdıqlarını açıqlayarkən, ABŞ Senatı da Trampdan asılı olmayaraq hərəkətə keçib. Rusiyaya qarşı yeni sanksiya qanunu hazırlayan Senatdan: "Əgər Putin İstanbulda olduğu kimi Vatikanda atəşkəslə bağlı dayandırmaq taktikasını davam etdirsə, Trampın fikrindən asılı olmayaraq ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar layihəsini səsə qoyacaq.

"100 yerlik Senatda 81 nəfər qanun layihəsini dəstəkləməyə hazırdır", - deyə səslər yüksəlir.

Qanun layihəsinin Tramp tərəfindən qoyulacağı gözlənilən vetonu qüvvədən salmaq üçün Konqresdə kifayət qədər səs toplayacağı da bildirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью